Dünya Fransanın kədərinə şərik çıxır. Nyu-Yorkdakı Ümumdünya ticarət mərkəzinin qülləsinin Fransa bayrağının rənglərini əks etdirməsinin ardından Sidney şəhərinin simvolu sayılan möhtəşəm opera teatrı da Fransa bayrağının rənglərinə bürünüb. Bu barədə Baki-xeber.com gazeta.ru saytına istinadən xəbər verir. Xəbərdə qeyd olunur ki, bununla avstraliya sakinləri Fransada baş verən faciəli terakt silsiləsinin ardından matəmlə həmrəylik nümayiş etdirir, fransız xalqının kədərini bölüşür.
Xəbərdə o da bildirilir ki, dünyanın bir çox ölkələrində məşhur tarixi və arxitektur abidələr analoji üsulla Fransanın yanında olduğunu göstərir. Fransanın – Parisin özündə isə şəşhur Eyfel qülləsi, matəm əlaməti olaraq, qaranlıqlara bürünüb...