Türkiyədə İŞİD-in baş cəlladı Cihadı Conun Aqne Leslı Devis adlı köməkçisi olduğu ehtimal edilən şəxs tutulub. Baki-xeber.com-un utro.ru saytına istinadən xəbərinə görə, həmin şəxs İstanbulda saxlanıb. Hazırda onun kimliyi dəqiqləşdirilir.
London sakini olan Devis ölkəsində qanunsuz silah saxlamaqla bağlı məhkumluğu bitdikdən sonra 2013-cü ildə Suriyaya gedib.
Daha öncə Pentaqon Cihadi Con adlandırılan, İŞİN-in baş "kəllə alanı” hesab edilən Məhəmməd Əmvazinin aviazərbələr nəticəsində məhv edildiyinə əmin olduqlarını bildirib. Əmvazi də Britaniyadan Suriyaya 2013-cü ildə gedib və orada İŞİD-ə qoşulub. Ötən ilin avqustunda onun Amerika jurnalisti Ceyms Foulini edam etdiyi görüntüləri əks etdirən videosu yayılıb. Daha sonra onun başqa edamlar həyata keçirdiyi videoları yayılıb. Videolarda qara geyim və başlıqlı maskalarda görüntülənən Cihadi Conun kimliyi bu ilin fevralında bəlli olub.