Çeçenistan rəhbəri Ramzan Kadırov Ərəb və müsəlman dövlətlərinin liderlərinə çağırış edərək, Parisdə ötən gecə yaşanmış seriyalı hücum və çoxsaylı insan qətlinə cavab olaraq terrorizmə qarşı səyləri artırmağın vacibliyini bildirib. Bu barədə baki-xeber.com gazeta.ru-ya istinadən xəbər verir.
"heç kəs şübhə etmir ki, Parisdə baş verənlərin arxasında "İblis dövləti” durur” – Kadırov özünün instaqram səhifəsində yazır. Onun sözlərinə görə, İŞİD-in "terrorçu internasionalı” sıralarında dünyanın bütün ölkələrindən on minlərlə insan təlim keçib. Kadırovun sözlərinə görə, terrorizmə qalib gəlinməsə, dünya xaosa bürünəcək və "qanlı hadisələrin sonu olmayacaq”.