Bu gecə Fransa paytaxtı Parisdə eyni vaxtda 7 məkanda terror hücumları olub. Euronews-un birbaşa efirində verilən xəbərə görə, hücumlardan 3-ü Sena çayı boyunca küşədə həyata keçirilib. Eyni anda Paris 10-cu dairəsində yerləşən "Le Carillon” restoranında atışma şoku yaşanıb, lakin atışmanı törədən şəxs aradan çıxa bilib. Həmin anda "Стад де Франс” stadionunda isə 3 partlayış baş verib.
Teraktlar nəticəsində ümumilikdə 60 nəfərə yaxın insan həlak olub, yaralıların sayı dəqiqləşdirilir. Parisdə fövqəladə vəziyyət rejimi tətbiq olunub. Polis hələlik 8 terrorçu barəsində informasiya əldə edib. Onlardan 7 nəfəri kamikadze kəmərindən istifadə edib. Bu barədə "Liberation” xəbər verir. Xəbərə görə, terrorçulardan 3-ü özünü partladıb, 1-i "Bataklan” teatrına hücumun ardından təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib, 3-ü kamikadze kəmərini Almaniya ilə yoldaşlıq matçının keçirildiyi və ölkə prezidenti Fransua Ollandın da olduğu "Стад де Франс” stadionunda partladıb, 1-i isə özünü Volter bulvarında partladıb.Daha öncə polis prefekti Mişel Kado xəbər vermişdi ki, hüquq-mühafizə orqanları hücumçuların hamısınin öldüyünü güman edir, lakin onların mümkün vasitəçilərinin axtarışları davam edir.
Son məlumatlara görə, prokuror Fransua Molena azı 120 nəfərin öldüyünü açıqlayıb, yerli mətbuat isə qurban sayının 150 nəfəri keçdiyini yazır.
baki-xeber.com