Xəbər verildiyi kimi, Moskvada qondarma "Dağlıq Qarabağ Respublika”sının təşəbbüsü ilə "Dağlıq Qarabağ: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçırılıb. Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ermənistanın panorama.am saytı xəbər yayıb.
Xəbərdə deyildiyinə görə, konfransda çıxış edən qondarma "Respublika”nın xarici işlər "naziri” beynəlxalq terrorizm barədə danışarkən deyib ki, guya onlar da (!) 1992-1994-cü illərdə belə problemlə üzləşiblər: " O zaman Azərbaycan müxtəlif ölkələrdən cəlb etdiyi muzdlu terrorçuları bizim üstümüzə saldı”... Siz bir həyasızlığa baxın! Halbuki, 1988-ci ildən indiyə kimi məhz ermənilər Azərbaycanda 388 terror aktı törədib, nəticədə 1200-dən çox insan həlak olub, 1700-ü yaralanıb. Bəs Azərbaycan Ermənistanda terror aktları törədibsə, onlarda niyə belə bir statistika yoxdu? Nə yazıq ki, onlara bu sualı verən yoxdu! Olsaydı, erməni həyasızlığı bu qədər irəli gedə bilməz və riyakar millət dünyanın gözünə kül üfürməkdə davam etməzdi!