Rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini müvəqqəti olaraq nazirin birinci müavini İltimas Məmmədov icra edəcək. Bunu Trend-ə rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov deyib.
Onun sözlərinə görə, qurumun əsasnaməsinə uyğun olaraq nazirin səlahiyyətləri və ya onun səlahiyyətlərinin müvəqqəti icrası birinci müavinə tapşırıla bilər.