Noyabrın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib. Bu barədə baki-xeber.com Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir.
Xidmətin məlumatına görə, Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş zərbəsindən sonra işğalçılar geri çəkilməyə məcbur edilib.
İlkin məlumata görə, düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və xeyli sayda yaralıları var. Erməni saytlarının xəbərinə görə, ölənlər 1995-ci il təvəllüdlü Vaqe Vanoyan və 1996-cı il təvəllüdlü Mikael Torosyandır.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarət altındadır.