Hindistanın şimalında – Uttar-Pradeş ştatının Varanasi şəhərində ağlasığmaz hadisə baş verib. Baki-xeber.com-un vesti.ru saytına istinadən xəbərinə görə, buraya turist kimi gələn rusiyalı qızın üzərinə naməlum şəxslər sirkə turşusu atıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qızın hansı səbəbdən hücuma məruz qaldığı bilinmir. Rusiyanın Hindistandakı Konsulluğundan da hadisənin başvermə səbəbi barədə hər hansı informasiyaya malik olmadıqları bildirilir.
Qeyd edək ki, hindlilərin "Ölülər şəhəri” adlandırdığı Varanasi sahil hissəsində ölülərin yandırılması və Qanqın sularında "dəfn edilməsi” səbəbindən müqəddəs şəhər sayılır.