Britaniya güclü miqrant axınına məruz qalan Türkiyəyə onların saxlanması məqsədilə 400 milyon avro ayırmağa hazır olduğunu bildirib. Baki-xeber.com bildirir ki, bu barədə gazeta.ru saytı xəbər dərc edib. Xəbərdə o da bildirilir ki, Britaniya analoji təkliflə çıxış edən ilk ölkədir.
Britaniyanın bu addımında məqsəd isə Türkiyənin miqrantlara qucaq açaraq onların Avropa Birliyi ölkələrinə axınının qarşısını almasıdır.
Daha öncə bildirilirdi ki, Böyük Britaniya Aralıq dənizinə miqrantların daşınması və bu işi qanunsuz şəkildə görən insanlarla mübarizə məqsədilə ikinci hərbi gəmisini göndərib.