Dünən səhər saatlarında girdikləri savaşda 100-dən çox peşmərgə öldürən türkmən əsgərləri Tuzhurmatudakı Baş Xəstənananı da təkrar onların əlindən alıb.
Baki-xeber.com-un Avangart Xəbər Agentliyindən aldığı xəbərə görə, binanın üzərindəki "Kürdüstan” bayrağını endirən türkmənlər oraya türkmən bayrağını yenidən asıb.
Bölgədən millət vəkili seçilən Niyazi Mimaroğlu "Bizim torpaqlara göz dikənin dərsini verəcəyik və bu dərs nəsillər boyu unudulmayacaq. Ya başımız uca yaşayacağıq, ya da torpağımız uğrunda savaşıb canımızı fəda edəcəyik” açıqlamasını edib. Daha sonra eks millət vəkili Mehmet Mehdi Beyatlı "Peşmərgə atəşkəsi pozub evlərimizi yandırdı, bundan sonra cavabımız ağır olacaq” sözlərilə əsgərlərə dəstək verib.