"İslam dövləti” terrorçu təşkilatının mövqelərinin koalisiya qüvvələri tərəfindən bombalanması sırasında ABŞ hava zərbələrini Cihadi Con kimi tanınan Məhəmməd Əmvazinin yerləşdiyi ehtimal edilən ərazilərə də istiqamətləndirir.Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Pentaqonun mətbuat katibi Piter Kuk bəyan edib. O deyib ki, aviazərbələr terrorçuların "paytaxtı” hesab olunan Rakka şəhərinə endirilib. Hazırda terrorçuların məhv edilməsi barədə hər hansı məlumat verilmir.
Daha öncə yaydığı videomüraciətdə üzünü göstərən Cihadi Con Britaniyaya qayıdacağını vəd edib. O, üzünü bir əsirin edam səhnəsinin çəkildiyi videoda göstərib və bəyan edib ki, Britaniyaya "insanların kəlləsini almaq üçün” dönəcək.
Bu il Suriyadan Liviyaya daşınan Britaniya əsilli, əsl adı Məhəmməd Əmvazi olan Cihadi Con Londonda təhsil alıb. Bu ləqəbi isə ona Britaniya ləhcəsi ilə danışdığı üçün girovlar verib.