Noyabrın 12-də saat 02 radələrində Xırdalan şəhərindəki mağazalardan birindən Baş Mühafizə İdarəsinə "həyəcan” siqnalı daxil olub. Baki-xeber.com-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, Abşeron Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlər nəticəsində mağazanın giriş qapısını sındıraraq oğurluğa cəhd göstərmiş şəhər sakini Tural Abbasov saxlanaraq Rayon Polis İdarəsinə təhvil verilib.
Faktla bağlı cinayət işi açılıb.