ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin yardımçısı Ben Rods Ağ Evdəki brifinqdə Obamanın Antalyada baç tutacaq G20 Sammitində iş qrafikini açıqlayıb. Baki-xeber.com bu barədə kommersant.ru saytına istinadən xəbər verir.
Nəticədə bəlli olub ki, həmin qrafikdə Putinlə görüş nəzərdə tutulmayıb. Cənab Rodsun sözlərinə görə, Sammit çərçivəsində ABŞ prezidenti Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla görüşərək Suriyadakı vəziyyəti və "İslam dövləti” terrorçu qruplaşmasına qarşı aparılan mübarizəni müzakirə edəcək. Daha öncə Ben Rods bəyan edib ki, hərçənd, Obamanın Putinlə bu və ya digər şəkildə görüşə biləcəyini istisna etmir.
Ağ Ev ABŞ və Rusiya prezidentlərinin, nəinki G20 Sammitində, həmçinin iqlim dəyişikliklərilə bağlı Parisdə keçiriləcək BMT Sammitində də bir araya gələ biləcəyini də istisna etmir. Bunu isə Obamanın milli təhlükəsizlik müşaviri Süzan Rays bildirib. "Bütün liderlərin Sammit çərçivəsində ünsiyyət üçün fürsəti olacaq” – deyə Rays qeyd edib.