Livanın baş naziri Tammam Salam Beyrutda insan tələfatı ilə nəticələnən ikiqat partlayışın ardından 15 noyabr tarixində ölkədə matəm elan edib. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən bildirir.
Xəbərə görə, həmin tarixdə bütün dövlət müəssisələri, məktəblər qapalı olacaq. Son məlumatlara görə, partlayış nəticəsində 37 nəfər ölüb, 181 nəfər isə yaralanıb. Reuters-in xəbərinə görə, «İslam dövləti” terrorçu qruplaşmasının üzvləri terror aktının məsuliyyətini öz üzərinə götürüb.
Qeyd edildiyinə görə, partlayıcı qurğular Beyrutun cənubundakı Bürc-əl-Baracne düşərgəsində işlək vəziyyətə gətirilib.