Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xüsusi xidmətin "İslam dövləti” terrorçu qruplaşmasının Rusiyaya yönəlik hədələrin yer aldığı videomüraciətlərini araşdırdığını bəyan edib. Bu barədə baki-xeber.com TASS agentliyinə istinadən bildirir.
"Mən bu videoları görmədim, onlar haqqında yalnız oxudum, heç yazılanların da mötəbər mənbələrdən gəldiyini deyə bilmərəm, lakin istənilən halda şübhə etmirəm ki, bu materialları bizim xüsusi xidmət araşdırmalıdır” – deyə Peskov mövzunu şərh edərkən bildirib.
Daha öncə "İslam dövləti” terrorçu qruplaşması yaydığı videomüraciətlərdə Rusiyanın ünvanına hədələr səsləndirərək "çox tezliklə” ərazisində teraktlar törədəcəyini bildirib. Videolardakı rus dilində səslənən müraciəti musiqi müşayiət edir. Videolarda Avropanın da ünvanına hədələr yer alıb.