Rusiya və Amerika mütəxəssisləri "İslam dövləti” terrorçu təşkilatının maliyyə qaynaqlarını birlikdə araşdırıb. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə prezident administrasiyasının rəhbəri Sergey İvanov açıqlama verib.
İvanov deyib ki, ABŞ-ın təklifi və Rusiyanın aktiv fəaliyyətilə aparılan araşdırma İŞİD-in maliyyələşməsində rolu olan xüsusi ölkələrin, fiziki və hüquqi şəxslərin müəyyən edilməsində xüsusi önəm kəsb edir və bu fəaliyyət davam etməlidir.