Bu gün "Azər-İlmə" Xalçaçılıq Mərkəzində bu qurumla Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər üçün birgə elan etdiyi "Azərbaycan xalçaçılığı: keçmişdən gələcəyə" müsabiqəsinin nəticələri açıqlanıb.
İlk öncə "Azər-İlmə"nin rəhbəri, professor Vidadi Muradov çıxış edərək qonaqları salamladı. Daha sonra müsabiqənin təşkilində verdiyi dəstəyə görə KİV-ə Dəstək Fonduna və müsabiqəyə qatılan media mənsublarına təşəkkür edən V.Məmmədov sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verdi.
Vüqar Səfərli çıxışında bildirdi ki, fond jurnalistlərin əməyinin stimullaşdırılması, onların peşəkarlığının artırılması məqsədilə il ərzində müsabiqələr keçirir. V.Səfərli qeyd etdi ki, müsabiqəyə 29 mətbu orqandan 43 yazı təqdim edilib. Onlardan 6-sı əsas yerlərin, 10-u isə həvəsləndirici yerlərin qalibi olub.
Qeyd edək ki, həm V.Muradov, həm də V.Səfərli bu günün əlamətdar gün olduğunu diqqətə çatdıraraq iştirakçıları Konstitusiya günü münasibətilə təbrik etdilər.
Sonda qaliblər mükafatlandırıldı.
Baki-xeber.com