Misirin Sinay adasında polis idarəsinə hücum nəticəsində bir ailənin 9 üzvü həlak olub. Bu barədə baki-xeber.com RİA”Novosti”yə istinadən bildirir.
Xəbərdə ölənlərdən ikisinin azyaşlı olduğu bildirilir. Ailənin faciəsinə səbəb isə evlərinin polis idarəsinə bitişik olması olub. Belə ki, evin qarşısında naməlum şəxslər minalanmış avtomobili partladıb.
İstintaq iki yerli ailə arasında düşmənçiliyi istisna etməsə də, terakt versiyası da gündəmdədir.