Lübnandakı "Hizbullah” baş katibi Hasan Nasrallah ABŞ və müttəfiqlərini Suriya və Yəməndə baş verənlərin siyasi çözümünə çağırıb. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Hər il 11 noyabrda düzənlənən və Lübnanın Dahiyə şəhərində keçirilən "Hizbullah Şəhid Günü” mərasimində iştirakçılara canlı bağlantı ilə qatılan Nasrallah "Suriya və Yəmən mövzusunda ABŞ, müttəfiqləri və onların əlində alət olanlar bu savaşı qazana bilməyəcək. Siyasi çğzümü də bu sahədəki gerçəkləri ört-basdır etmək və dirənişi qırmaq üçün uzadırlar. Eyni durum İraqla da bağlı keçərlidir” deyə bildirib.
Nasrallah ABŞ və müttəfiqlərini Suriya və Yəməndə hərbi əməliyyatlardan vaz keçməyə və məsələnin siyasi çözümü yönündə addım atmağa çağırıb.