Moskvanın Vnukovo aeroportunun mətbuat katibi Yelena Krılova bəyan edib ki, estakadadan yıxılması nəticəsində dünyasını dəyişən Tacikistan vətəndaşı əslində polis onun sənədlərini yoxladıqdan sonra bilərəkdən özünü aşağı atıb. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "Moskva” agentliyi xəbər yayıb.
Xəbərə görə, aeroportun təhlükəsizlik xidmətinin əməkdaşı sərnişinin hərəkətlərindən şübhələnərək onun sənədlərini yoxlamaq istəyib.
"Pasportu yoxlayan polis məlumat bazasında heç bir operativ informasiya tapmayaraq pasportu sahibinə qaytarıb. Bu zaman tacik vətəndaşı bilet kassalarına getmək üçün polis məmurundan yardım istəyib. Polis onu müşayiət edərkən isə bilərəkdən ondan geri qalıb və özünü estakadadan aşağı atıb” – deyə Krılova olayı şərh edib.
İntiharın səbəbi bəlli deyil.