Mülki müdafiə təşkilatlarından alınan bilgiyə görə, Ruriya ordusuna aid hərbi təyyarələr Hələbdə dinc sakinlərin yaşadığı Ənsari, Məadi, Haydariyyə, Firdevs və Salihiyin məhəllələrini bombalayıb. Bu barədə baki-xeber.com lenta.ru saytına istinadən xəbər verir.
Hücum nəticəsində aralarında qadın və uşaqların da olduğu 10 nəfər həlak olub, xeylı sayda yaralı səhra hospitalına yerləşdirilib.
Xəbərdə o da xatırladılır ki, Rusiya təyyarələri oktyabr ayından bəri Humus, Hama, İdlib və Hələbdə yaşalış məntəqələrini və müxaliflərdən təşkilatlanmış Azad Suriya Ordusunun qərargahlarını bombalayır. BMT Baş katibinin sözçüsü Stefan Dujarrik Rusiya hava hücumlarının başlamasından keçən müddət ərzində Hələb, Hama və İdlibdə azı 123 min 842 nəfərin qaçqın düşdüyünü açıqlayıb.