Ukraynanın Zaporojye vilayətində Su-25 hərbi təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Baki-xeber.com bu barədə utro.ru saytına istinadən xəbər verir.
Qəza zamanı pilotun həlak olduğu bildirilir. Bu barədə ölkənin Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada deyilir: ”Bu gün, 11 noyabr saat 10:00 radələrində Ukrayna Hərbi Hava Qüvvələrinin təyyarəsi təlim uçuşunu yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə Zaporojye şəhərindən 40 kilometr şimalda baş verib. Nəticədə 1992-ci il təvəllüdlü pilot həlak olub. Hadisə yerində axtarış-xilasetmə qrupu işləyir”.
Qəzanın başvermə səbəbləri açıqlanmır.