Putinin keçirdiyi müşavirədə səsləndirdiyi bəzi məxfi məlumatlar teleekranlara çıxıb. "İnterfaksın xəbərinə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov faktı təsdiqləyib.
"Həqiqətən bir sıra məxfi məlumatlar kameraların obyektivinə düşüb və sonradan silinib. Ümid edirik ki, belə hallar bir daha təkrarlanmaz”- deyə o bildirib. Peskov deyib ki, gələcəkdə bu cür kazusların yaşanmaması üçün preventiv tədbirlər görüləcək.
baki-xeber.com