B.Əsgərov deyib ki, P.Hüseynin müraciəti ekspert qrupu tərəfindən araşdırılıb və namizəd özü də MSK-da araşdırma prosesində iştirak edib. O, qeyd edib ki, P.Hüseyn bugünkü iclasa da dəvət olunub, lakin iştirak etməyib.
Qeyd olunub ki, P.Hüseyn tərəfindən sübut kimi təqdim edilən video və audio materialların mənşəyi məlum olmadığından bunlar mötəbər sübut kimi qiymətləndirilməyib. P.Hüseyn tərəfindən təqdim edilən digər sübutlar da araşdırılıb.
B.Əsgərov bildirib ki, aparılan araşdırmalar nəticəsində 63 saylı Sabirabad birinci seçki dairəsi üzrə yalnız 13 saylı məntəqədə səslərin sayılmasında nöqsanlara yol verilib. Bu baxımdan B.Əsgərov 13 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız hesab edilməsini təklif edib. Təklif səsə qoyulub və MSK üzvləri tərəfindən qəbul olunub.