Rusiyanın Xabarovsk vilayətində havaya qalxan təyyarə yarım saat sonra yenidən qayıdaraq qalxdığı aeroporta eniş edib. Bu barədə baki-xeber.com gazeta.ru saytına istinadən xəbər verir.
İlkin məlumata görə, qayıdışa səbəb təyyarənin şüşəsində çatın əmələ gəlməsidir. Nəqliyyatda istintaq komitəsinin açıqlamasında da qayıdışı səbəb kimi "pilot kabinəsində şüşənin çatlaması” göstərilir.
Xəbərdə o da bildirilir ki, Petropavlovsk-Kamçatsk istiqamətində uçuş həyata keçirən Airbus A319 təyyarəsi texniki nasazlıq üzündən geri dönsə də, heç bir insident baş vermədən eniş edib.