Suriyanın hökumət qüvvələri iki illik mühasirədən sonra Aleppo yaxınlığındakı Aerodromu İŞİD-in əlindən alıb. Bu barədə baki-xeber.com utro.ru saytına istinadən xəbər verir.
Xəbərə görə, Kveyres Aerodromuna köməyə gələn qarnizon mühasirəni yara bilib. Alepponun strateji obyektlərindən olan Aerodrom uğrunda döyüş iki saat çəkib. Sonda strateji obyekti terrorçuların əlindən almaq mümkün olub.