Almaniyanın eks-kansleri Helmut Şmidt 95 yaşında Hamburqdakı evində vəfat edib. Bu barıdı baki-xeber.com vesti.ru saytına istinadən xəbər verir.
Şmidt 1972-1982-ci illərdə Almaniya Federativ Respublikasının kansleri olub. Son günlər sağlıq durumu xeyli pisləşən alman siyasətçinin ölümü barədə onun şəxsi həkimi Hayner Qreten məlumat verib.
RİA”Novosti” Helmut Şmidtin ömrü boyu siqaret çəkdiyini, hətta bunun qdqğqn olunduğu yerlərdə, canlı efirdə belə ondan ötrü istisnaların edildiyini yazır. 2015-ci ildə ürək tutması ilə xəstəxanaya yerləşdirilən eks-kanslerin 2 sentyabrda əməliyyat olunduğu bildirilir.