Ağ Evin mətbuat katibi Coş Ernest bəyan edib ki, prezident Obama Turkiyənin Antalya şəhərində keçiriləcək G20 Sammitində Suriya məsələsini də müzakirə etməyi düşünür. Bu barədə baki-xeber.com Anadoılu Agentliyinə istinadən bildirir.
"Oraya getdikdən sonra İŞİD-in zəifləməsi istiqamətində davamlı fəaliyyət və terrorçu qrupun məhv edilməsi perspektivi barədə danışmamaq mümkün deyil” – deyə o bildirib.
Ernest əlavə edib ki, istənilən halda Sammitdə iştirak edəcək bir çox ölkələr ABŞ-ın başçılıq etdiyi koalisiyanın üzvüdür və İŞİD-ə qarşı mübarizədə fəal iştirak edir.