Türk dünyasının əvəzolunmaz şəxsiyyəti, müasir Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk ebediyyətə qovuşmasının 77-ci ilində sevənləri tərəfindən anıldı. Bütün ölkədə saatlar 09.05-u göstərərkən sanki həyat bir anlıq dondu – insanlar sayğı duruşuna durdu. Ulu öndər məhz bu saatda gözlərini əbədi yummuşdu...