İndoneziyanın narkoticarətlə mübarizə agentliyi maraqlı təkliflə çixiş edib. Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, agentlik həmin maddə ilə tutulan və ömürlük həbsə məhkum edilən şəxslər üçün adada türmə tikilməsini təklif edib. Bildirib ki, qoy onlara orada timsahlar nəzarət etsin.
Agentliyin rəhbəri Budi Vaseso onu da deyib ki, bu məqsədlə arxipelaqın müxtəlif yerlərini gəzərək, türməyə nəzarət edə biləcək ən yırtıcı timsahların axtarışına başlayacaq,
"Biz mümkün qədər çox timsah yerləşdirməliyik. Mən özüm onların axtarışına çıxacam” – deyən Vaseso əlavə edib ki, insan nəzarətçilərdən fərqli olaraq, timsahlar heç bir halda naroticarətçilərin qaçmasına imkan verməyəsək və rüşvətə satılmayacaq.
Hələlik plan müzakirə mərhələsindədir, lakin onun qəbulu gözləniləndir. Belə ki, İndoneziya qanunları kifayət qədər sərt olsa da, ölkə prezidenti narkoticarətçilərin "ölümün gözünün içinə baxmalı olduğunu” bildirir.