Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya ölkələri liderlərinin iştirak edəcəyi G20 Antalya Sammitinin təşkilat komitəsinin üzvlərini "prezident masası” ətrafına toplayıb. Baki-xeber.com bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Xəbərə görə, liderlərin görüşü yerli vaxtla 19.30-da başlayıb və 2,5 saat çəkib. Görüş iştirakçıları hazırlıq işlərinin tamamlanması ilə bağlı prezidentə məlumat veriblər.
Xatırladaq ki, G20 Sammiti noyabrın 15-16-da Türkiyənin Antalya turizm bölgəsində keçiriləcək.