ABŞ prezidenti Barak Obama facebook sosial şəbəkəsində özünün şəxsi səhifəsini açıb. Baki-xeber.com-un RİA”Novosti”yə istinadən xəbərinə görə, bu barədə Ağ Evin dəftərxanasından məlumat verilib.
"Salam facebook, axır ki mənim burada şəxsi səhifəm oldu”- deyə Obama yazır. Onun sözlərinə görə, sosial şəbəkə istifadəçılərinin buranı müzakirələr platforması qismində istifadə edəcəyinə əmindir. ABŞ prezidenti vaxtaşırı kommentləri ilə ictimaiyyəti əyləndirəcəyinə də söz verib.