YUNESKO Baş Assambleyası, səslərin yetməməsi üzündən, Kosovonun quruma üzvlüyünün əleyhinə səs verib. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Xəbərə görə, səsverməyə qatılan ölkələrin 92-si Kosovonu dəstəkləyib, 50 ölkə əleyhinə səs verib, 29-u bitərəf qalıb. Səsvermə 142 ölkənin iştirakı ilə Parisdə YUNESKO-nun baş konfransında keçirilib. Kosovonun BMT yanında YUNESKO-ya üzvlüyü üçün minimum 95 səs – üzv ölkələrin üçdə ikisinin səsi tələb olunurdu.