Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, Lüksemburqun xarici işlər naziri Jan Asselborn alman jurnalistlərinə açıqlamasında Avropa İttifaqının dağılmasının anonsunu verib. Nazir deyib ki, həmrəylik əvəzinə təfriqə hökm sürəcəksə, AB-nin dağılması qaçılmazdır və bu çox sürətlə baş verəcək. Onun fikrincə, düzgün anlaşılmayan millətçilik müharibəyə aparıb çıxarmaq gücündədir.
Asselborn onu da deyib ki, Aİ üzvü ölkələrin dövlət sərhəd nəzarəti bərpa olunmalıdır, bu isə Şengen razılaşmasının ləğvi deməkdir.
"Belə bir hədə artıq açıq şəkildə özünü göstərir. Biz Avropada miqrant böhranından çıxış yolu tapa bilməsək, getdikcə daha çox ölkə məsələyə millətçilik nöqteyi-nəzərindən yanaşmağa başlasa Şengenin sabahı yoxdur”- deyə o bildirib. Lakin nazir bu halda iqtisadiyyat və turizm kimi sahələrin ziyan çəkəcəyini də diqqətə çatdırıb.