Türkiyə Silahlı Qüvvələri Baş qərargahı dünən Qaziantepin Karkamış rayonunda 12 nəfər İŞİD silahlısının tutulması barədə açıqlama yayıb. Baki-xeber.com bu barədə Anadolu Agentliyinə istinadən bildirir.
Bundan əlavə, Diyarbəkirin Silvan rayonunda terrorçu təşkilatın 2 üzvü zərərsizləşdirilib, Şırnakda isə bir üzvü tutulub. Diyarbəkirin Licə rayonunda isə İŞİD üzvü olduğu ehtimal edilən bir nəfər tutularaq, ondan silah və patronlar götürülüb.