İsrailin hərbi təyyarəsi HƏMAS-ın "İzeddin əl-Kassam Briqadası” hərbi qanadının Qəzzanın cənubunda yerləşən hərbi poliqonuna hücum edib. Baki-xeber.com bu barədə Anadolu Agentliyindən xəbər əldə edib.
Şahidlərin sözlərinə görə, İsrail təyyarəsi Qəzzanın Rəfah bölgəsində "İzeddin əl-Kassam Briqadası” hərbi qanadının poliqonunu bombalayıb. Hücum nəticəsində ölən və yaralananın olmadığı xəbər verilir. İsrailin ivrit dilində yayımlanan "Kanal 2” televiziyası isə ıddia edib ki, öncə Qəzza sektorundan havaya raket buraxılıb və o, İsrailin cənubundakı Şaar a-Negev yaşayış məntəqəsinin yaxınlığına düşüb, lakin xəsarət alan olmayıb.
Fələstin tərəfi məsələyə münasibət bildirməyib.