Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində 11 terrorçu məhv edilib. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyə Hərbi Qüvvələri Baş Qərargahının veb səhifəsində məlumat verilir.
Xəbərə görə, daha sonra Şırnak və Silvanda da 2 terrorçu məhv edilib. Bundan əlavə, əməliyyat çərçivəsində Kilisdə Türkiyənin dövlət sərhədini qanunsuz keçməyə çalışan 2 İŞİd üzvü saxlanıb.
Bölgədə əməliyyat davam edir.