Brüssel Avropa İttifaqına üzvlüklə bağlı Böyük Britaniyanın irəli sürdüyü şərtlərə getməzsə, Devid Kameron ölkəsinin Aİ üzvlüyündən şıxışını dəstəkləyəcək. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "The Guardian” nəşri yazıb.
"Biz belə bir razılaşma əldə edə bilməriksə və Britaniyanın ehtiyat etdiyi məsələlər görməzdən gəlinərsə, ümid edirəm ki, bu baş veməyəcək, bizim bir daha düşünməyimiz lazım gələcək ki, Aİ Britaniyadan ötrü doğru seçimdir, ya yox. Mən daha öncə də demişdim: heç bir şeyi istisna etmirəm”- deyə baş nazir bəyan edib. Eyni zamanda Kameron deyib ki, situasiyanı gərginləşdirməyi düşünmür və hər iki tərəfə sərf edəcək razılığın əldə olunacağına inanır.
Daha öncə KİV yazırdı ki, Brtaniyanın Avropa İttifaqından çıxma şansları ikiqat artıb.