Suriyada Rusiya ordusuna aid təyyarələrin müxalifətin nəzarətində olan yaşayış məntəqələrini bombalaması nəticəsində 10 nəfər dinc sakin həlak olub. Bu barədə baki-xeber.com Anadolu Agentliyinə istinadən xəbər verir.
Xəbərə görə, Rus döyüş təyyarələri Hələbdə müxaliflərin nəzarətindəki Heydəriyyə, Karm Nehe, Sakur, Bab Neyrab və Zibeydiye məhəllələrini bombalayıb. Nəticədə 10 nəfər həlak olub, onlarla dinc sakin dağıntilar altında qalaraq yaralanıb. Rusiya təyyarələrinin, həmçinin, İdlibin şərqində müxaliflərin nəzarətində olan Maret əl-Numan yaşayış məntəqəsini də bombaladığı, nəticədə 8 dinc sakinin həlak olduğu bildirilir.