İran XİN Səudiyyə Ərəbistanının səfirini üç vətəndaşının bu ölkədə narkotik qaçaqmalçılığında suçlanaraq edam edilməsilə bağlı izahat verməyə çağırıb. Bu barədə baki-xeber.com gazeta.ru-ya istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, Səudiyyə hökuməti üç İran vətəndaşını narkotik qaçaqmalçılığında təqsirli bilərək onlara edam cəzası kəsib. Bazar günü – 8 noyabr tarixində isə edam Dammam şəhərində gerçəkləıdirilib.
Daha ğncə verilən xəbərə görə, Səudiyyə Ərəbistanı şahzadəsi şəxsi təyyarəsində narkotik daşıması şübhəsilə Livanda həbs olunub.Livanın NNA Agentliyinin xəbərinə görə, polis 5 nəfərdən ibarət dəstəni Beyrut aeroportunda böyük partiya narkotiki Səudiyyə Ərəbistanına aparmaq istəyərkən həbs edib. Qaçaqmalçılar şəxsi təyyarəyə 40 kisə narkotik həbi yükləmək istərkən saxlanıblar. Bu isə 2 ton narkotik deməkdir.