Rusiya prezidenti Vladimir Putin 8 noyabrdan etibarən Misirə uçuşları müvəqqəti qadağan edən sənəd imzalayıb. Baki-xeber.com bu barədə gazeta.ru saytına istinadən xəbər verir.
"Rusiya aviakompaniyalarına RF ərazisindən Misir Ərəb Respublikalarına hava daşımaları həyata keçirmək qadağan edilir” – deyə sənəddə bildirilir. Daha öncə Rusiya prezidenti FTB-nin Sinay yarımadası üzərində təyyarə qəzasının səbəbi aydınlaşana kimi sözügedən ölkəyə uçuşların dayandırılması qərarına dəstək vermişdi.
Xatırladaq ki, 31 oktyabr tarixində Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan təyyarə Misir səmasında partlayıb, nəticədə 224 sərnişin və heyət üzvü həlak olub.