Pentaqon rəhbəri Eşton Karter ABŞ-ın Suriyaya əlavə qüvvələr göndərəcəyini istisna etmir. Baki-xeber.com bu barədə gazeta.ru saytına istinadən xəbər verir. Xəbərə görə, Karter deyib ki, "İslam dövləti” terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq etmək üçün "fərasətli” yerli qüvvələr olarsa, ABŞ əlavə qüvvələrini regiona göndərə bilər. Bu barədə açıqlamasını o, ABC News kanalına edib.
"Biz İŞİD-lə döyüşmək üçün bacarıqlı yerli qüvvələrin olduğunu görsək, ora əlavə qüvvələr göndərə bilərik. Bu istiqamətdə daha çox şey edəcəyik. Prezident Obama bu barədə istəyini bildirib, lakin stabil qələbənin açarı bu cür yerli qüvvələrin olmasındadır” – Karter bildirib.
Qeyd edək ki, bugünə kimi ABŞ Suriyada az sayda xüsusi əməliyyatlar üzrə mütəxəssis yerləşdirəcəyini, onların isə yalnız təlimatçı funksiyası daşıyacağını bəyan edirdi.