İnşasının tamamlanması gələn ilə nəzərdə tutulan Yavuz Sultan Səlim körpüsündə tikinti işləri günün 24 saatı ərzində aparılır. Baki-xeber.com bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
Agentliyin əldə etdiyi məlumata görə, tikintinin dəmir-beton işləri dəniz səviyyəsindən 304,5 metr hündürlükdə başa çatıb. Hazırda müvəqqəti qurğuların demontajı gedir. Eyni zamanda körpünün bayır hissəsində piyada yolunun çəkilişi aparılır. Tikintini aparan Hyundai podratçı firmasının mühəndisi Teddi Xvanq deyib ki, üçüncü körpünün tikintisində 200 türk, 400 Cənubi Koreyadan olan fəhlə çalışır. Türkiyəyə vurğunluğunu gizlətməyən Xvanq deyib ki, burada qalmağı, hətta türk qızı ilə evlənməyi düşünür. Onun sözlərinə görə, burada inşa etdikləri körpü dünyanın ən geniş asma körpüsüdür.