Bu gün Xabarovsk aeroportunda "Aeroflot” kompaniyasına məxsus Boeing-777 təyyarəsi uçuş-enmə zolağına istiqamət götürdüyü anda qanadı ilə yaxınlıqdakı An-24-ün quyruq hissəsini vurub. Bu barədə baki-xeber.com utro.ru saytına istinadən xəbər verir.
İnsident nəticəsində zərərçəkənin olmadığı bildirilir. Verilən xəbərə görə, təyyarə Moskva reysini həyata keçirməyə hazırlaşırmış. Nəticədə reys iki saat gecikib və sərnişinlər başqa təyyarə ilə yola salınıb.