Türk hava yollarına (THY) məxsus İstanbul-Gəncə reysi həyata keçirən təyyarə Gəncə hava limanına eniş edə bilməyib.
Hadisə yerindən "Trend”ə verilən məlumata görə, saat 08:45-də enişi nəzərdə tutulan təyyarə qatı dumanlı hava şəraitinə görə havada iki saat dövrə vurduqdan sonra saat 12:50-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
"Trend” Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə Beynəlxalq Hava Limanından verilən məlumata görə, sərnişinlər Bakıdan Gəncəyə avtobusla yola salınıb.