Baki-xeber.com Anadolu Agentliyinin Azərbaycanın Göyçay rayonunda keçirilən ənənəvi Har bayramı haqqında təəssüratlarını təqdim edir
Azərbaycanda ənənəvi Nar bayramı keçirildi. Öz narları ilə məşhur olan Göyçay bu il özünün bənzərsizliyilə yaddaşlarda qalan sayca 10-cu Har bayramını keçirdi. Nardan hazırlanmış müxtəlif yemək və içkilərin təqdim olunduğu bayram şənliyində, azərbaycanlılarla yanaşı, burada akkreditə olunmuş xarici diplomatlar da iştirak edirdi. Bir-birindən maraqlı mahnı və rəqslərin yer aldığı bayram şənliyində daha çox diqqət cəlb edən nar dənələrindən hazırlanmış fiqurlar idi ki, qonaqlar bu fiqurlarla şəkil çəkdirmək fürsətini qaçırmadılar.
Bayramda nar və ondan hazırlanmış məhsulların satışı da təşkil olunmuşdu. Tədbir həmin məhsulları nümayiş etdirən kortejin keçməsilə başa çatdı.