ABŞ müdafiə naziri Eşton Karter Kaliforniyada keçirilən Reagan National Defense forumunda bəyan edib ki, Rusiyanı dünya arenasının "ziyanvericisi” hesab edir. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu Bloomberg nəşri yazır.
Pentaqon rəhbərinin sözlərinə görə, Rusiya bu sözü bir sıra fəaliyyətlərinə görə haqq edir ki, bu fəaliyyətlərə ilk növbədə Ukraynanın suverenliyini pozması, Baltik ölkələrini təhdid etməsi və Suriyada apardığı kampaniya daxildir.
Daha öncə Eşton Karter hərbçilərlə görüşündə bəyan etmişdi ki, Rusiya ilə fikir ayrılığı üzündən ABŞ Avropada gücünü korrektə edir, çünki yenidən "soyuq müharibə” dövrünə qayıtmaq onun planlarına daxil deyil.