Yunan rəsmilərinin və könüllülərin çabasına rəğmən, hər gün Midilli adasında bir neçə miqrant ağır yaşam şəraiti üzündən həyatını itirir. Baki-xeber.com-un məlumatına görə, bu barədə Anadolu Agentliyi xəbər verir.
Xəbərdə bildirilir ki, miqrant axınının daha çox olduğu bəzi adalarda dünyasını dəyişənləri dəfn etməyə artıq yer tapılmır. Bəzi hallarda isə onlar adları bilinmədən, məzar daşına yalnız rəqəm yazılmaqla torpağa tapşırılır. Hazırda qayıq faciələrində həyatını itirənlərin, onlar üçün ayrılan məzarlıq yerlərinin dolması səbəbindən, Midillidə 55, Sisam adasında 30 nəfərinin cəsədinin konteynerlərdə saxlandığı bildirilir. Hazırkı durumda çarəsiz qalan yetkililərin, digər problemlərlə yanaşı, miqrantlar üçün məzarlıq problemi üzərində də baş sındırdığı bildirilir.