Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində Sumqayıt şəhər şəhər sakini Xalid Abuzərova məxsus "Mercedes” markalı avtomobilə baxış keçirilib. Baki-xeber.com-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aldığı xəbərə görə, nəticədə şübhələr özünü doğruldub. Belə ki, baxış zamanı avtomobildən 1 ədəd "AK-74” markalı silah, 1 ədəd patron darağı və 30 ədəd patron, Rəvan Əliyevin şəhər ərazisindəki yataqxanada yaşadığı evə baxış zamanı isə 1 ədəd "BORS” markalı avtomat silah və 1 ədəd "F-1”qumbarası aşkar edilərək götürülüb.
Hər iki şəxslə bağlı araşdırmalar davam edir.