Türkiyə turizminin mərkəzi Antalya G20 Sammiti ərəfəsində özünün tarixi və təbii gözəlliklərilə dünya liderlərini məftun etməyə hazırlaşır. Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, Sammit 15-16 noyabr tarixlərində baş tutacaq.
Rəvayətə görə Helenistik dövrdə Berqama kralının "Gedin mənə yer üzünün cənnətini tapın” deməsindən sonra kəşf edilən Antalya hazırda ildə 13 min turist qəbul edir. Gözəlliyilə göz oxşayan 2 milyonluq Antalya əhali sayına görə Türkiyənin 5-ci böyük şəhəri sayılır. Sahilboyu 640 kilometrlik plyajları bu şəhəri həm yerli, həm də əcnəbi turistlər üçün əvəzolunmaz məkana çevirib.